Rusiyanın Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadski Ukraynadakı müharibə əməliyyatları zamanı həlak olub.

YALAN.info bildirir ki, bununla bağlı Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün “Telegram” kanalında paylaşım edib.

“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski müharibə zonasında döyüş postunda həlak olub. 2021-ci ilin avqust ayına qədər o, Voronej vilayətinin sakinlərinin xüsusi rəğbətini qazanmış Qırmızı Bayraqlı 4-cü Qvardiya Kantemirov Tank Diviziyasına komandirlik edib”, – deyə Qusev paylaşımda qeyd edib.

Zavadskinin çox təltif edilmiş zabiti və keçmiş tank komandiri olduğunu deyən Qusev, onun ölümünün ağır itki olduğunu və bunun “dözülməz ağrıya səbəb olduğunu” söyləyib.

Araşdırma xəbər orqanı iStories bildirib ki, Zavadskinin ölümü Rusiya tərəfindən təsdiqlənən yeddinci general-mayordur və müharibə başlayandan bəri öldüyü bildirilən 12-ci yüksək rütbəli zabitdir.

Hərbi analitiklər Rusiya Ordusunun zabitlərinin öldürülməsini bəzi hallarda Ukraynanın zəif kommunikasiyaların qarşısını almaqda uğur qazanması ilə əlaqələndirirlər. Ancaq müharibə irəlilədikcə yüksək rütbəli rus zabitlərinin ölüm xəbərləri daha nadir halda yayılmağa başladı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın