Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya Federasiyasının 7 bombardmançı təyyarəsi, 7 hərbi helikopteri, 24 tankı, 20 BMP-si məhv edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Baku TV-nin Ukraynada olan əməkdaşı məlumat verib.

Həmçinin, bildirilib ki, indi Sumı vilayəti ərazisində şiddətli döyüşlər gedir. Belə ki, bu istiqamətdə Rusiya Federasiyasının bir bölüyü əsir düşüb, Ukrayna tərəfindən isə üç nəfər həlak olub, üç nəfər ağır yaralanıb.

Daha geniş Baku TV-nin sujetində:

SON DƏQİQƏ: Baku TV əməkdaşı Ukraynadan xəbər verir-Canlı 24.02.2022 | Ukrayna

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hərbi əməliyyatlar zamanı Ukraynanın 137 hərbçisi həlak olub, daha 316 hərbçisi yaralanıb.

Bundan öncə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib ki, Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub, daha 169 ukraynalı yaralanıb.

Yada salaq ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı Çernobıl Atom Elektrik Stansiyası, Qostomel hava limanı, Xerson şəhərləri ələ keçirilib, bir sıra obyektlərə hava zərbələri endirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın