Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Araşdırma Mərkəzinin hazırladığı koronavirus (COVID-19) peyvəndinin istehsalına başlanılıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Araşdırma Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Gintsburqun sözlərinə görə, təkcə Rusiya əhalisinin ehtiyacı olan həcmdə peyvənd istehsalı üçün ən azı 9-12 ay lazım olacaq.

Rusiyada Koronavirusa Qarşı Peyvəndləmə 9-12 Aya Başlayacaq

Rusiyada koronavirusa qarşı peyvəndləmənin aparılması 9-12 aya mümkün olacaq.

TASS xəbər verir ki, bunu Milli Araşdırma Mərkəzinin rəhbəri Aleksandr Qinçburq deyib.

Onun sözlərinə görə, dərmanların ilk tədarükü ölkənin 10-15 bölgəsində həyata keçiriləcək. Ancaq bu bölgələrin adları çəkilməyib.

O, əlavə edib ki, ilin sonuna qədər bəlkə də, bir yarımdan iki milyona qədər peyvənd hazırlanacaq.

Öncəki xəbərİran Prezidenti: ABŞ-ın Tankerlərimizi Ələ Keçirməsi Yalandır
Sonrakı xəbərTramp Ərdoğanı “dünya səviyyəli şahmatçı” adlandırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın