“Bu gün Üçüncü Dünya müharibəsi elan olunub”.

YALAN.info bildirir ki, bunu Roma Papası Fransisk “İsa Cəmiyyəti”nin Avropa jurnallarının rəhbərləri ilə söhbətində bəyan edib.

“Bir neçə il öncə ağlıma gəldi ki, biz Üçüncü Dünya müharibəsini hissə-hissə yaşayırıq. Bu gün isə hesab edirəm ki, artıq elan olunub”, – deyə pontifik bildirib. O, insanları bununla bağlı düşünməyə çağırıb.

“Bir əsrdə üç dünya müharibəsi yaşayan bəşəriyyətlə nə baş verir?.. Bu, insanlıq üçün pisdir, fəlakətdir”, – deyə o, bildirib.

Roma Katolik kilsəsinin rəhbəri yada salıb ki, Ukrayna ilə yanaşı, başqa ölkələrdə də münaqişələr davam edir. “Afrikanın bəzi hissələrini, Nigeriyanın şimalını, Şimali Konqonu düşünün, hansı ki, müharibə hələ də davam edir və bu, heç kimin vecinə deyil. 25 il öncəki Ruandanı yada salın. Myanma və rohincaları düşünün. Dünya müharibə vəziyyətindədir”, – deyə Papa Fransisk bildirib.

MƏNBƏTASS
Öncəki xəbərİlham Əliyev minifutbol üzrə Azərbaycan milli komandası ilə görüşdü
Sonrakı xəbərSəttarxan haqqında bilmədiklərimiz: Qardaşı edam edildi, oğluna ölüm hökmü verdilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın