Qərb ulduzları aktiv şəkildə Ukraynada müharibənin dayandırılmasını tələb edirlər. Artıq Ancelina Coli, Cim Kerri, Madonna, Cennifer Eniston və başqa dünya məşhurları bununla bağlı öz mövqelərini səsləndiriblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, tanınmış Hollivud aktyoru Robert De Niro da Ukrayna xalqına dəstək nümayiş etdirib.

O, Kembric Universitetində tələbələrin qarşısında çıxış edərək Rusiyanın Ukraynaya hücumunu qəbuledilməz adlandırıb. “Dünyada müəyyən şeylər baş verir və əgər sənin səsin varsa və baş verənləri görürsənsə, bu barədə nəsə deməyə haqqın var. Bunu etməlisiniz”, – deyə aktyor qeyd edib.

Robert De Nironun vurğuladığı kimi, burada söhbət təkcə demokratiyadan deyil, həqiqəti söyləməkdən gedir. “İndi Ukraynada baş verənləri görürsünüz. Ayağa qalxıb deməlisiniz: “Bu düzgün deyil, yanlışdır”. Bu, çox asandır (mövqenizi bildirmək – Red.)”, – deyə məşhur vurğulayıb. O əlavə edib ki, bu hücumun qarşısını almaq üçün nəsə etməliyik.

MƏNBƏBBC
Öncəki xəbərBaş Prokurorluq Xocavənddə aşkarlanan kütləvi məzarlıqla bağlı istintaq aparır
Sonrakı xəbərYuliya Qrişina: Rusiyada şərti “Kiyev Xalq Respublikası”na ümid edirdilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın