Bir neçə gün öncə reket fəaliyyəti ilə məşğul olan Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Dünən Səbail rayon məhkəməsinin qərarı ilə A.Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Oxu.az-ın verdiyi məlumatlara görə, A.Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir. 

Araşdırmalara görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq, bu maddə ilə ittiham edilən şəxslər beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd edək ki, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

Öncəki xəbərBeyons Grammy mükafatlarında ən çox nominasiya qazanmaqla rekord qırdı
Sonrakı xəbərƏfəndi ESC2021-də Azərbaycanı Mata Hari mahnısı ilə təmsil edəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın