Azərbaycan Ordusu Quru Qoşunlarının döyüş hazırlığı planına uyğun olaraq, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını uğurla yerinə yetiriblər.

Onu da bildirək ki, keçirilən təlimlərin başlıca məqsədi şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş bacarığının daha da yüksəldilməsidir.

Komando bölmələrində taktiki-xüsusi təlimlər davam edir
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərMelinda Simmons: Kreml Qərb dövlətlərinin yorulmasını gözləyir
Sonrakı xəbərRusiya Ordusunun Ukraynadakı müharibədə itkiləri 32 min nəfərə çatır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın