2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri yerdəyişmə icra etdikdən sonra təyin olunan yerlərdə atəş mövqelərini tutublar.

Təlimdə artilleriya qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsi, müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər suallar məşq etdirilib. Komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, eləcə də hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.

Artilleriya bölmələrində atəş tapşırıqları icra olunub
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərPeskov: Rusiya xeyriyyəçi kimi Avropaya pulsuz qaz göndərmək niyyətində deyil
Sonrakı xəbərMixail Delyaqin Azərbaycanın neft sənayesini vurmağa çağırış etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın