Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində nisbi sakitlikdir.

YALAN.info bildirir ki, bununla bağlı “Report” informasiya agentliyinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, indi Qarabağda və Ermənistan-Azərbaycan dövlət sərhədində əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Yada salaq ki, avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədilib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan başqa, qanunsuz erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa çalışıb.

Bundan sonra, Azərbaycan Ordusunun bölmələri “Qisas” cavab əməliyyatı keçirib. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa önəmli hakim yüksəkliklər nəzarətə götürüb. Əməliyyat çərçivəsində qanunsuz erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərAzərbaycan XİN Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd etdi
Sonrakı xəbərAzərbaycan HHQ döyüş təyyarələri və helikopterləri ilə təlimlər keçir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın