Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq bildirib ki, Avropada yeni real hərbi münaqişə riski var, çünki Rusiyanın hərbi gücünün artırılması davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı xarici mətbuatda məlumat verilib.

Rusiyanı Ukrayna ilə sərhəddə hərbi qüvvələri toplamaqda ittiham edən NATO-nun baş katibi deyib ki, “hərtərəfli işğal riski var, ancaq Kiyevdə hökuməti devirmək cəhdləri də daxil olmaqla, Rusiya tərəfindən hibrid və informasiya hücumları, bir çox başqa aqressiya da daxil olmaqla başqa aqressiv hərəkət riskləri də var”.

“Bizim ciddi narahatlıq, ayıq olmaq və Ukraynaya qarşı güc tətbiq ediləcəyi təqdirdə cavab verməyə hazır olmaq üçün hər cür əsasımız var”, – o deyib.

Stoltenberq bildirib ki, alyansın üç müttəfiqi və yaxın ittifaq tərəfdaşları olan Ukrayna və Gürcüstanın yerləşdiyi Qara dəniz regionu NATO üçün strateji önəmi olan regiondur. Onun sözlərinə görə, Avropa təhlükəsizliyi məsələlərinin müzakirəsi üçün Rusiyaya təklif göndərilib, ancaq NATO əsas prinsiplərdən – hər bir ölkənin öz yolunu seçmək hüququndan və alyansın müdafiə imkanlarından güzəştə getməyəcək.

Alyansın cənub-şərq hissəsində, yəni Rumıniyada və Qara dəniz zonasının başqa ölkələrində uzunmüddətli hərbi qruplaşmaların yerləşdirilməsi planlarına toxunan Stoltenberq əlavə edib ki, Fransa Rumıniyada qruplaşmanın rəhbərliyini öz üzərinə götürməyi təklif edib: “Biz olduqca vacib olan bu təklifi alqışlayırıq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın