Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 17-də keçirilmiş növbəti hərracda Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” və “Xırxatala” qum-çınqıl yataqlarının uyğun olaraq 5, 10,5, 5 və 8 hektar sahəsi istifadəyə verilib.

“Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” qum-çınqıl yataqlarının LOT-1 üzrə, eləcə də, “Xırxatala” qum-çınqıl yatağının LOT-4 üzrə qalibi “Körpü-Bina-Tikinti” MMC olub. “Dəmiraparançay”ın LOT-2 və “Xırxatala”nın LOT-1 üzrə qalibi “SAND AZ” MMC-dir. “Dəmiraparançay”ın LOT-3 üzrə qalibi isə fiziki şəxs Qəribov Rauf Mübariz oğlu olub.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/3Kfa1Vo)

Onu da bildirək ki, yer təkinin istifadəsi ilə bağlı ötən ildən keçirilməyə başlayan hərraclarda 33 faydalı qazıntı yatağı istismara verilib.

Öncəki xəbərFilarmoniyada 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
Sonrakı xəbərİsrailin baş naziri Naftali Bennett terrorla mübarizədə BƏƏ-yə dəstək təklif etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın