“Bir il öncə Rusiyanın aktiv vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Ancaq Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar bölgədəki durumun hələ də sona qədər sakitləşmədiyini göstərdi”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Xarici İşlər Nazirliyinin kollegiya toplantısında bildirib.

Rusiya lideri qeyd edib ki, sabitliyi təmin etmək, atəşkəs rejiminin və dinc sakinlərin təhlükəsizliyinin zəmanətçisi kimi Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var.

Onun sözlərinə görə, şübhəsiz Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin həllində Rusiya diplomatiyasının rolu artır.

V.Putin yada salıb ki, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, həyati önəmli nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası uyğun komissiya yaradılıb: “Bu komissiya işləyir. Düşünürəm, bu komissiyanın işinin perspektivləri pis deyil. Doğurdan da, Rusiya daxil olmaqla bölgənin bütün ölkələri, bu problemlərin uzunmüddətli həllində maraqlıdırlar”.

https://www.youtube.com/watch?v=ea5FcWJRKDc
Putin sərhəddə baş verən atışmalardan danışdı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın