Fransa prezidenti Emanuel Makronun rəsmi Moskvaya “təhlükəsizlik zəmanəti” verməsi ilə bağlı dedikləri ölümcül strateji səhvdir. Çünki Rusiya Federasiyası NATO və ya Ukraynanın hücumu ilə təhdid edilmir.

YALAN.info bildirir ki, bununla bağlı Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski açıqlamasında deyib.

“Fransa prezidenti Emmanuel Makronun Rusiyaya təhlükəsizlik təminatının verilməsi zərurəti ilə bağlı bəyanatları ölümcül strateji səhv kimi qiymətləndirilir. Rusiya kənardan hücumla təhdid edilmir, ona əlavə təminat lazım deyil, çünki heç bir şey onu təhdid etmir”, – Yablonski bəyan edib.

O, həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə hər hansı danışıqların mənası yoxdur. “ABŞ prezidenti Co Bayden tamamilə haqlıdır ki, Rusiya ilə söhbətin məntiqli olması üçün o, dürüst və etibarlı olmalıdır. İndi Rusiya etibarlı tərəf deyil, onun məqsədi müharibəni bitirmək və sülh yaratmaq deyil”, – polşalı diplomat qeyd edib.

Yada salaq ki, bu gün Fransa lideri Emmanuel Makron növbəti dəfə müharibə başa çatdıqdan sonra Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsinin zəruriliyindən danışıb.

Bundan başqa, Amerika Müharibənin Araşdırılması İnstitutunun (ISW) analitikləri hesab edirlər ki, Makronun bu cür ritorikası Rusiyanın informasiya əməliyyatının tərkib hissəsidir.

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qarşı işğal müharibəsi başa çatdıqdan sonra Rusiyaya “təhlükəsizlik zəmanəti” təklifini bir daha müdafiə edib. “Sonunda hamını masaya oturtmalı olacağıq. Mənə əxlaq dərsi verən bütün avropalılar və qərblilər bu masada kiminlə oturacaqlarını mənə başa salsınlar. Mən gələcəkdə təkcə çinlilərin və türklərin danışıqlar aparmasını istəmirəm.”, – Fransa prezidenti bildirib.

MƏNBƏRBC-Ukrayna
Öncəki xəbərXİN-dən Miyatoviçə cavab: “Dağlıq Qarabağ əhalisi” anlayışı yoxdur
Sonrakı xəbərKomando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət üçün qəbul oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın