Rəsmi Varşava Şimali Atlantika Alyansının (NATO) şərq sərhədlərində hərbi mövcudluğunu daha da genişləndirmək istəyir.

YALAN.info xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Polşa Prezidenti Anjey Duda Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sammitdə bildirib.

“Biz NATO-nun şərq cinahında qoşunların mövcudluğunu genişləndirmək, qoşunların sayını artırmaq istəyirik”, – Duda deyib.

O, həmçinin Avropanın şərq hissəsində ABŞ-ın hərbi mövcudluğunun artırılmasının tərəfdarı olduğunu bildirib. Dudanın sözlərinə görə, bu problem NATO sammitində və ABŞ nümayəndələri ilə ikitərəfli qaydada müzakirə olunacaq.

Vurğulanır ki, Buxarestdəki indiki görüşün məqsədi ayın sonunda Madriddə keçirilməsi planlaşdırılan NATO sammitinə qədər NATO-nun şərq cinahının mövqeyini işləyib hazırlamaqdır.

Onu da bildirək ki, “Buxarest doqquzluğuna” Mərkəzi və Şərqi Avropa ölkələri daxildir: Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya.

Öncəki xəbərJanin Anyes Çaves 10 il müddətinə azadlıqdan məhrum edilib
Sonrakı xəbərBayden Rusiyanın hücumu ilə bağlı Zelenskini xəbərdar etdiyini dedi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın