Pakistan İslam Respublikasının keçmiş Baş naziri İmran Xanın və onun “Təhrik-e-İnsaf” partiyasının on minlərlə tərəfdarı ona dəstək göstərmək üçün küçələrə çıxıblar.

YALAN.info bildirir ki, bununla bağlı “Dawn” məlumat yayıb.

Paytaxt İslamabad da daxil olmaqla, ölkənin bütün böyük şəhərlərində kütləvi aksiyalar keçirilir.

İmran Xan tərəfdarlarına göstərdikləri hərməyliyə görə təşəkkür edib. O, bildirib ki, ölkəsinin tarixində heç vaxt bu qədər insanın bir gündə toplaşdığını görməyib.

Yada salaq ki, Pakistanın Milli Assambleyası (parlamentin aşağı palatası) şənbə günü Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Belə ki, 342 deputatdan 174-ü, yəni ölkənin qanunverici orqanının aşağı palatasının əksəriyyəti bu təşəbbüsün lehinə səs verib. Parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti istefaya gedib. Bununla da, İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub.

KİMİmran Xan
MƏNBƏTwitter
Öncəki xəbərMahir Emreli “Dinamo”da ilk qolunu vurdu
Sonrakı xəbərElxan Məmmədov De Byazinin fikirlərində təhqiredici heç nə görmədi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın