Bu il iyun ayının sonunda Madriddə keçiriləcək Şimali Atlantika Alyansının (NATO) sammitində Türkiyə alyansın yeni strateji konsepsiyasına öz yanaşmalarını təqdim edəcək.

YALAN.info bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

Onun sözlərinə görə, Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir, ancaq onun ilk növbədə təhlükəsizlik bloku olmasından irəli gəlir. Ona görə də alyansa qoşulmağı planlaşdıran ölkələr təşkilata üzvlük kriteriyalarına əməl etməlidir.

Bununla bağlı Çelik Türkiyə rəhbərliyinin mövqeyini bir daha bəyan edərək, Ankaranın hər iki Skandinaviya ölkəsi terror təşkilatlarına münasibətinə yenidən baxmayana qədər İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək verməyəcəyini bəyan edib.

Türkiyənin hakim partiyasının sözçüsü həmçinin bildirib ki, Ankara terrorçuluğu dəstəkləyən ölkələrə qarşı veto hüququndan istifadə edə bilər.

Öncəki xəbərPutin Rusiyaya qarşı sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır
Sonrakı xəbərVolodimir Zelenski: Ukrayna AB üzvlüyünə alternativ tapmaq cəhdlərini rədd edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın