Dünyanın 3 nömrəli raketka ustası serbiyalı Novak Cokoviç Uimbldon finalında avstraliyalı Nik Kiryosu məğlub edərək Böyük Dəbilqə turnirlərində 21-ci titulunu qazanıb.

YALAN.info bildirir ki, qarşılaşma Böyük Britaniyanın paytaxtı Londonda keçirilib.

Qarşılaşma 4:6, 6:3, 6:4, 7:6 (7:3) hesabı ilə turnirdə birinci nömrə altında çıxış edən N.Cokoviçin xeyrinə başa çatıb. Kiryos ispaniyalı Rafael Nadalın tərk etməsindən sonra avtomatik olaraq turnirin finalına yüksəlib.

Onu da bildirək ki, N.Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi olub və bu göstəricidə Federeri (20) üstələyərək ikinci yeri tutub. Böyük Dəbilqə titullarının sayına görə lider Nadaldır (22).

Novak Djokovic vs Nick Kyrgios | Gentlemen’s Singles Final Highlights | Wimbledon 2022
MƏNBƏWimbledon.com
Öncəki xəbərOleksiy Reznikov: Ölkənin cənubunu azad etmək üçün milyonluq döyüş qüvvəsi toplanır
Sonrakı xəbərCo Baydenin reytinqi rekord səviyyədə aşağı düşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın