Dünən Ermənistan parlamentində 10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndindən sitat gətirən “Şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan Zəngəzur dəhlizinin dəhliz deyilsə, nə olduğunu soruşub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ermənistan mediası baş nazir Nikol Paşinyanla deputat arasında baş tutan dialoqla bağlı məlumat yayıb.

“Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqəsinə nəzarət Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən həyata keçirilir. İndi sual yaranır: Bu, bir neçə kilometr uzunluğunda dəhliz deyilsə, bəs nədir?” – deyə deputat bildirib.

Baş nazir Nikol Paşinyan sualı belə şərh edib: “İlk növbədə, bu paraqrafı oxuyursunuzsa, başqa yazılanları da oxuyun: Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açıqlacaq. İkincisi, nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirəcək. Ermənistan bütün yolların açılmasında maraqlıdır.

Bəli, biz hazırıq və maraqlıyıq ki, Azərbaycanın qərb rayonları Naxçıvan Respublikası ilə, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə, İran və Rusiya ilə avtomobil və dəmir yolu əlaqəsi əldə etsin”, – deyə baş nazir bildirib. O, əlavə edib ki, bütün bunlar Ermənistanın maraqlarına tam cavab verir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın