Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan müxalifətin Nikol Paşinyanın istefaya getməsi ilə bağlı iddialarına münasibət bildirib.

YALAN.info bildirir ki, Çaxoyan şayiələri təkzib edərək, Ermənistan vətəndaşlərinin seçimlərini cəmi bir il əvvəl etdiyini vurğulayıb.

“Baş nazirin istefası ilə bağlı yalan xəbər yayanlar öz boyunlarının arxasını görəcəklər, ancaq onun istefasını görməyəcəklər. Ermənistan vətəndaşları seçimlərini cəmi bir il əvvəl edib. “Artsaxın xilaskarları” İrəvan küçələrində xalqı ruhlandırmaq üçün növbəti yalan xəbəri yayıblar.

Başa düşürəm, yoruldunuz, getdikcə azalırsınız, ancaq belə yalanlarla, kiçik zarafatlarla öz tərəfdarlarınızı daha da məyus edəcəksiniz. Tərəfdarlarınızı məyus edəcəksiniz, çünki onlardan istifadə edə bilməyəcəksiniz”, – dövlət rəsmisi bildirib.

KİMMənsur Rəğbətoğlu
MƏNBƏTeleqraf
Öncəki xəbərAzərbaycanda karantindən sonra turizm sektorunda canlanma yaranıb
Sonrakı xəbərBayden Ukraynaya lend-liz çərçivəsində silah tədarükü haqqında qanun imzalayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın