Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan müxalifətin Nikol Paşinyanın istefaya getməsi ilə bağlı iddialarına münasibət bildirib.

YALAN.info bildirir ki, Çaxoyan şayiələri təkzib edərək, Ermənistan vətəndaşlərinin seçimlərini cəmi bir il əvvəl etdiyini vurğulayıb.

“Baş nazirin istefası ilə bağlı yalan xəbər yayanlar öz boyunlarının arxasını görəcəklər, ancaq onun istefasını görməyəcəklər. Ermənistan vətəndaşları seçimlərini cəmi bir il əvvəl edib. “Artsaxın xilaskarları” İrəvan küçələrində xalqı ruhlandırmaq üçün növbəti yalan xəbəri yayıblar.

Başa düşürəm, yoruldunuz, getdikcə azalırsınız, ancaq belə yalanlarla, kiçik zarafatlarla öz tərəfdarlarınızı daha da məyus edəcəksiniz. Tərəfdarlarınızı məyus edəcəksiniz, çünki onlardan istifadə edə bilməyəcəksiniz”, – dövlət rəsmisi bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın