Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan iqtisadiyyat naziri Vahan Kerobyana istefa verməyi qadağan edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ermənistan parlamentdəki hökumət saatında dövlət başçısının özü deyib.

“Cənab Kerobyana istefa verməyi qadağan edən mən olmuşam. Hər bir nazir və hökumət üzvünün nə qədər işləyib-işləməyəcəyinə mən qərar verəcəm”, – deyə Paşinyan bildirib.

Cavabında “Hayastan” blokunun deputatı Areknaz Manukyan Kerobyanı günahlandırmadığını bəyan edib. O, nazirin verdiyi vədləri yerinə yetirməməyi Paşinyandan öyrəndiyini deyib.

Yada salaq ki, bir müddət öncə Ermənistanın iqtisadiyyat naziri V.Kerobyan bildirib ki, iqtisadiyyatda ikirəqəmli artım proqnozu özünü doğrultmasa, vəzifəsindən istefa verəcək.

Daha sonra o, bu sözlərini “zarafat” adlandırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın