Qərbi Afrika ölkəsi Nigeriyada kəndə silahlı hücum zamanı 13 sakin həyatını itirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Niger əyalət polisinin sözçüsü Vasiu Abiodunin sözlərinə görə, silahlı şəxslər Nakundna kəndində tarlalarda işləyən fermerlərə hücum ediblər.

Hücum nəticəsində 13 nəfərin həyatını itirdiyi, çox sayda yaralının olduğu bildirilib. Yaralıların xəstəxanaya aparıldığını deyən polis əməkdaşı bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini və araşdırmaya başlanıldığını açıqlayıb.

Bəzi mənbələr hücum zamanı 37 nəfərin həlak olduğunu qeyd edir. Əlavə edək ki, ölkədə silahlı şəxslərin motosikletlərə hücumu səbəbindən bəzi ştatlarda motosikletdən istifadə qadağan edilib.

Nigeriyada son illərdə mülki şəxslərə qarşı mütəşəkkil hücumların sayı önəmli dərəcədə artıb. Hücumlar ən çox Zamfara, Niger, Kaduna, Sokoto və Katsina ştatlarında qeydə alınır. Cinayətkarlar insanları öldürür, fidyə üçün girov götürür, mal-qaranı oğurlayır, sakinləri qorxudur, müxtəlif rüsumlar alır.

Quldurlar sakinləri hakimiyyətlə əməkdaşlıq edən kənd və qəsəbələrə də hücum edirlər. Hökumət tüğyan edən cinayətin öhdəsindən gəlmək üçün xüsusi polis və ordu birləşmələrindən istifadə etməyə məcburdur. Yerli özünümüdafiə bölmələri də yaradılır.

Nigeriyanın şimal-qərb bölgələrində 2020-ci ilin sonundan başlayaraq kütləvi adam oğurluğu və başqa zorakı cinayətlərin artdığı bir sıra hücumların şahidi olub. Beynəlxalq Böhran Qrupu qeyri-hökumət təşkilatının məlumatına görə, son 10 ildə Nigeriyada 8 min insan silahlı qrupların qurbanı olub, 200 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Öncəki xəbərSelçuk Bayraktar Teknofest-2022 festivalına qoşulmağa səslədi
Sonrakı xəbərThe Economist: Dünyanın iki fövqəldövləti hərbi fəlakətdən cəmi bir addım uzaqdadır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın