“Dünyanın iki fövqəldövləti hərbi fəlakətdən cəmi bir addım uzaqdadır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “The Economist” jurnalının məqaləsində deyilir.

Britaniya nəşri 2001-ci ilin aprelində baş vermiş olayı yada salıb. Belə ki, Cənubi Çin dənizində Amerika Birləşmiş Ştatlarına məxsus EP-3 kəşfiyyat təyyarəsi Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus J-8II qırıcısı ilə toqquşub. ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi ciddi zədələnib və Çin təhlükəsizlik qüvvələrinin 24 ekipaj üzvünü saxlayıb dindirdiyi Haynan adasına icazəsiz enib.

ABŞ-ın Pekindəki səfiri Cozef Pruerin üzr istəməsindən sonra kəşfiyyatçılar sərbəst buraxılıblar. 2001-ci ildə hər iki hökumət qarşıdurmaya son qoymaq üçün risk aldı. Münaqişənin həllində müəyyən qədər bəxt də rol oynadı. Məqalədə deyilir ki, Ağ Evin o zamankı rəhbəri Corc Buş bu işi qeyri-adi təsir gücü olan, tez və effektiv qərarlar qəbul etməyi bacaran dövlət katibi Kolin Pauele həvalə edib. Təcrübəli diplomat danışıqlar apararaq Vaşinqtonu yarana biləcək münaqişədən qoruya bildi. İyirmi ildən sonra daha qərəzli Konqres və media, şübhəsiz ki, ABŞ-ın Çinlə güzəştə getməsinə imkan verməyəcək.

Müəllifin fikrincə, indi rəsmi Pekin kəskin insident zamanı güzəştə getməyə hazır deyil. Hər iki tərəf öz məlumatlarını 2001-ci ildə hadisəni kiçildən, durumu sakitləşdirən telekanallardan deyil, kifayət qədər açıq onlayn nəşrlərdən alır. Ekspert Çjan Touşen bildirib ki, səmada baş verə biləcək qəzalarla bağlı Çinlə ABŞ arasında fikir ayrılıqları var:

“Pekin israr edir ki, ABŞ öz təyyarələrini ölkə sərhədlərinə göndərməyi dayandırsın. 2021-ci ildən bəri Amerika və müttəfiqlərin kəşfiyyat təyyarələri ilə Çinin təyyarələri arasında bir neçə təhlükəli insident qeydə alınıb. Nə vaxtsa onlar fəlakətə gətirib çıxaracaq və bu problemi həll etmək çox çətinləşəcək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın