“Zirə” və “Qəbələ” Futbol Klubları UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, yalnız “Neftçi” PFK növbəti mərhələyə yüksəlib.

YALAN.info bildirir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin “Aris” klubu ilə qarşılaşıb.

Səfərdə 0:2 hesabı ilə uduzan “ağ-qaralar” rəqibinə 3 cavabsız qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə Kenni Sayef vurub. 83-cü dəqiqədə qonaqların heyətində Morqan Braun ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Beləliklə, “Neftçi” Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti raundda “Rapid” (Vyana, Avstriya) ilə üz-üzə gələcək.

“Neftçi” 3-0 “Aris” | Konfrans Liqası | 2-ci tur | Cavab oyunu

Rəşad Sadıqovun baş məşqçi olduğu “Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab görüşündə “Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşıb. Təl-Əvivdəki “Blumfild” stadionunda oynanılan qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Beləliklə, “Zirə” Bakıdakı ilk oyunda rəqibinə 0:3 hesabı ilə uduzduğundan Konfrans Liqasında mübarizəni dayandırıb.

“Qəbələ” və Macarıstan “Fehervar”ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb. Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə sona çatıb – 2:1. İlk qarşılaşmada Macarıstan təmsilçisi 4:1 hesabı ilə udduğu üçün iki oyunun sonunda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb. 

Öncəki xəbərBMT TŞ Kiprdəki sülhməramlıların mandatını uzadıb
Sonrakı xəbərRuzanna Məmmədova U-17 Dünya Çempionatında qızıl medal qazanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın