Rusiyanın Şimali Atlantika Alyansı (NATO) ilə diplomatik əlaqələri kəsməsi dialoqu çətinləşdirir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya və NATO Brüsseldə və Moskvada uyğun ofislərini bərpa etməlidirlər. “Biz həmçinin şəffaflığı təşviq etmək və riskləri azaltmaq üçün indiki hərbi kommunikasiya kanallarımızdan tam istifadə etməliyik”, – deyə Y.Stoltenberq qeyd edib.

Baş katib vurğulayıb ki, NATO Ukrayna da daxil olmaqla Avropanın təhlükəsizliyi ilə bağlı Rusiyanın narahalıqlarını dinləməyə hazırdır, ancaq Rusiya müttəfiq ölkələrə və bütün xalqlara yönəltdiyi aqressiv və pisniyyətli fəaliyyətlərdən çəkinməlidir.

“Rusiya həmçinin ölkələrin icazəsi olmadan yerləşdirdiyi qoşunlarını Ukrayna (Krım və Donbas – burada və bundan sonra red.), Gürcüstan (Cənubi Osetiya və Abxaziya) və Moldovadan (Prednistroviya) çıxarmalıdır. Bütün tərəflər Normandiya formatı da daxil olmaqla münaqişələrin konstruktiv şəkildə həlli ilə bağlı səylərdə iştirak etməldirlər”, – deyə Y.Stoltenberq bildirib.

Stoltenberq: NATO təhlükəsizlik prinspilərində Rusiyaya güzəştə getməyəcək

NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi onlayn mətbuat konfransında deyib ki, risklərin azaldılması, şəffaflıq və silahlara nəzarət hamı üçün real təhlükəsizlik mühitini təmin edə bilər. O, hərbi şəffaflıqla bağlı Vyana Sənədinin modernizə edulməli olduğunu vurğulayıb.

“Nüvə silahları, orta və yaxınmənzilli raketlər də daxil olmaqla silahlara nəzarətlə bağlı ciddi müzakirələrə ehtiyacmız var”, – deyə Yens Stoltenberq qeyd edib.

Yens Stoltenberq NATO-Rusiya Şurası çərçivəsində qarşılıqlı narahatlıq doğuran məsələlərlə bağlı geniş danışıqlar üçün müttəfiqlərin hazır olduğunu vurğulayıb. Əlavə edib ki, NATO-nun dialoqla bağlı bütün səyləri Ukrayna, Gürcüstan, Finlandiya, İsveç və Avropa Birliyi (AB) də daxil olmaqla ilə bütün NATO tərəfdaşları ilə kordinasiya ediləcək.

“NATO müdafiə xəttidir və biz qarşıdurma axtarmırıq. Ancaq, biz müttəfiqliyimizin təhlükəsizliyinin, Avropada və Şimali Amerikada təhlükəsizliyin əsaslandığı prinsiplərdə güzəştə gedə bilmərik və getməyəcəyik. Biz öz təsis müqaviləmizə və kollektiv müdafiə ilə bağlı 5-ci maddəyə tam sadiq qalırıq. Biz bütün müttəfiqləri müdafiə etmək və qorumaq üçün bütün zəruri tədbirləri görəcəyik”, – deyə Baş katib vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın