Fatma nənənin doqquz uşağı, 57 nəvəsi, 63 nəticə və iki kötükcəsi var. Yeddi uşağına ali təhsil verib, bir oğlu professor olub. Ağbirçək nənə düz bir əsrə şahidlik edib.

Fatma Əhmədova 1922-ci il yanvarın 3-də Qubanın Növdün kəndində dünyaya göz açıb. Ailə qurduqdan sonra qonşu Şuduq kəndində yaşayıb. İndi isə Qubada qızının yanında qalır. 

Gənc ailə olarkən həyat yoldaşı Mürsəl Əhmədov İkinci Dünya müharibəsinə gedib. Bu səbəbdən Fatma nənə min bir zəhmətə qatlaşmalı olub.

Həyat yoldaşı müharibədən yaralı qayıdır. Yarası sağalsa da, sonradan 53 yaşında dünyasını dəyişir. Doqquz uşağını təkbaşına böyüdür. O günləri isə kövrələrək yada salır.

100 yaşlı nənə deyir ki, əlindən hər iş gəlib. Uşaqlarını boya-başa çatdırmaq üçün özünü oda-közə vurub.

Ağbirçək nənə özünü indi çox yaxşı hiss etdiyini bildirir. Dağ havası və təbii məhsullarla qidalanmağın uzun ömür sürməsinin səbəbi olduğunu deyir.

Quba rayonunun yaşı 100-ü ötən yeganə sakini Fatma Əhmədova ilə bağlı Baku TV-nin geniş süjetini təqdim edirik:

63 nəticə və 2 kötükcəsi olan 100 yaşlı Fatma nənə – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın