Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq ABŞ-ın Almaniya, Polşa və Rumıniyaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Stoltenberqin Brüsseldəki bəyanatında deyilir.

“Mən ABŞ-ın Almaniya, Polşa və Rumıniyada əlavə qüvvələr yerləşdirmək, NATO-nun müdafiə bacarığını artırmaq qərarını alqışlayıram”, – məlumatda deyilir.

O vurğulayıb ki, alyansın başqa ölkələri də NATO üçün quruda, suda və havada öz qüvvələrini təmin edir.

Onun sözlərinə görə, alyans cavab qüvvələrinin hazırlığını artırıb və cənub-şərqdə əlavə döyüş qrupları yerləşdirməyi nəzərdən keçirir.

Stoltenberq NATO-nun yeni qüvvələrinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsini müdafiə xarakterli hesab edir.

Yada salaq ki, ABŞ Müdafiə Nazirliyi Şərqi Avropaya əlavə üç min hərbçi göndərəcəyini təsdiq edib. Vaşinqtonun planlarına uyğun olaraq, Polşada min, Rumıniya və Almaniyada isə daha iki min ABŞ əsgəri yerləşdiriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın