Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin başqa rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüblər.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək dəyərləndirib.

Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb. Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün gərəkli infrastruktur yaradılıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş bacarığının daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin edilməsi ilə bağlı komandanlıq qarşısında uyğun tapşırıqlar qoyub.

Müdafiə naziri dövlət sərhədində döyüş mövqelərinə səfər edib
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərAvropa Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı şikayətləri üzrə qərar çıxaracağı təxmini tarix açıqlanıb
Sonrakı xəbərPutin dünyanı çörəklə sınağa çəkir: 25 milyon ton taxıl girovluqda
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın