ABŞ-ın “Morgan Stanley” bankının analitikləri bu ilin III rübündə “Brent” markalı etalon neftinin bir barelinin qiymətinin 100 ABŞ dollarınadək artacağını proqnozlaşdırırlar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Rusiya mətbuatına istinadən bildirir ki, öncə ekspertlər qiymətin 90 dollara yüksələcəyini gözləyirdilər.

Analitiklərin fikrincə, qlobal neft ehtiyatları öncəki ildə önəmli dərəcədə azaldıqdan sonra, 2022-ci ilin sonunadək bir qədər də düşəcək.

Onu da bildirək ki, indi ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 1,22 % azalaraq 1 barelə görə 87,3 dollar təşkil edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın