Dekabrın 12-si İsraildə keçiriləcək “Miss Kainat 2021” (Miss Universe 2021) gözəllik yarışmasında Rusiyanı azərbaycanlı model Ralina Arabova təmsil edəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ralina Arabova Kazanda dünyaya göz açıb. Anası tatar, atası azərbaycanlıdır. 

Ralina Arabova adlı iştirakçı “Vitse-miss Rusiya-2019”, “Miss Tatarıstan 2019” titullarının sahibidir. “Miss Universe Russia 2021” seçilərkən, o, eyni zamanda iki universitetdə oxuyur, reklam, ictimai əlaqələr və hüquq sahəsində təhsil alırdı.

Qız ailəsinin maddi durumuna dəstək verməkdən ötrü 8 yaşından müxtəlif gözəllik yarışmalarında iştirak edir. O, “Miss Kainat” yarışmasında iştirakı əlçatmaz arzularından biri adlandırıb.

Miss Universe 2021 – Contestant (Russia – Ralina Arabova)
Öncəki xəbərKriştiano Ronaldo peşəkar karyerasında ən çox qol vuran futbolçu oldu
Sonrakı xəbərAmerikada yetişən Manşinel dünyanın ən ölümcül ağacıdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın