Portuqaliya millisinin və “Mançester Yunayted” klubunun hücumçusu Kriştiano Ronaldo (Cristiano Ronaldo) peşəkar futbol karyerasında ən çox qol vuran idmançı kimi tarixə düşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İngiltərə Premyer Liqasının 14-cü turunda “Mançester Yunayted”–“Arsenal” qarşılaşması həm “Qırmızı şeytanlar”, həm də klubun portuqaliyalı forvardı Kriştiano Ronaldo üçün əlamətdar sonluqla bitib.

“Old Trafford”da baş tutan həmin oyunda “Mançester Yunayted” 3:2 hesabı ilə qalib gəlib. Bu qələbədə ən çox pay sahibi isə klubun ulduz futbolçusu Kriştiano Ronaldo olub. Hesab 1:2 “Topçular”ın xeyrinə olduğu zaman Ronaldo sözünü deyə bilib. Qarşılaşmanın 52-ci dəqiqəsində Markus Reşfordun ötürməsini qola çevirərək hesabda bərabərlik yaradan Ronaldo 72-ci dəqiqədə penalti zərbəsi ilə dubl etməklə “Mançester Yunayted”ə qələbə qazandırıb.

Bununla da portuqaliyalı forvard “Mançester Yunayted”in heyətində 130-cu, karyerasında isə 800 və 801-ci qollarını vurmuş olub. Bu göstərici ilə Ronaldo peşəkar futbol tarixində birinci olub.

https://www.youtube.com/watch?v=PUdemKYW6QE
Ronaldo & Fernandes seal vital win over the Gunners | Manchester United 3-2 Arsenal | Highlights

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın