Dünyanın ilk ultra-realist, rəssam robotu Ai-Da sərgi açılışına getdiyi Misirdə gömrük işçiləri tərəfindən saxlanılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, robot cəsus qurumunun üzvü olmasından şübhə edilib.

10 gün Misir gömrüyündə saxlanılan robot diplomatik böhrana səbəb olub.

Ai-Danı hazırlayan Aidan Meller bildirib ki, Böyük Britaniya robotu qurtarmaq üçün müdaxilə edib və çox gərgin anlar yaşanıb.

O qeyd edib ki, robot öncə modemi olduğu üçün, sonra gözlərində kameralar olduğu üçün saxlanılıb.

Nəhayət dünən axşam, sərginin başlamasından bir neçə saat qabaq Ai-Da sərbəst buraxılıb. Qahirədəki Britaniya səfirliyi problemin həllindən məmnun olduqlarını bildirib.

MƏNBƏThe Guardian
Öncəki xəbərKayratın qapısına qələbə topunu vuran Qarabağlı sevinə bilməyib ağladı
Sonrakı xəbərAdelin beş ildə ilk mahnısı “Easy On Me” Britaniya hit-paradlarına liderlik edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın