Britaniyalı pop müğənni Adelin beş ildə ilk mahnısı olan “Easy On Me” üçün klip çəkilib. Amerikalı prodüser Qreq Kerstinlə birlikdə yazılan mahnının klipi Kvebekdə lentə alınıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Adelin “Easy On Me” Britaniya çartlarda “debüt həftəsinin lideri” seçilib. Oktyabrın 15-də çıxan “Easy On Me” lirik balladası Adelin noyabrın 19-da satışa çıxarılması planlaşdırılan “30” adlı yeni albomundakı ilk mahnıdır.

Oktyabrın 20-nə olan məlumata görə, “Easy on Me” 149 865 dəfə satılaraq, Olivia Rodrigonun “Good 4 U” trekini keçib (bu mahnı debütün ilk həftəsində 117 355 dəfə satılmışdı).

“30” albomu artıq qeyri-rəsmi “boşanma albomu” adlandırılıb. Belə ki, “Easy On Me” (Mənimlə incə ol/Üzərimə gəlmə) mahnısında o, həm keçmiş ərinə, həm də doqquz yaşlı oğlu Ancelo Ceymsə müraciət edərək onun atasının yanında ola bilməməsinin səbəbini açıqlayır.

Adele – Easy On Me (Official Video)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın