“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablarına görə, minimum əməkhaqqının 116 manatdan 130 manata qədər artırılmasından 145 000 nəfər faydalana biləcək. Bunlar birbaşa minimum əməkhaqqı alan vətəndaşlarımızdır”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov minimum əməkhaqqının məbləğinin artırılmasını Oxu.Az-a açıqlayarkən bildirib.

İqtisadçı-ekspert onu da vurğulayıb ki, beynəlxalq standartlara uyğun olaraq minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmalıdır:

“Minimum əməkhaqqının artırılması ilə yanaşı, yanvar ayından pensiyaların indeksasiyası həyata keçiriləcək. Pensiyaların indeksasiyası 2017-ci ildə orta aylıq əməkhaqqı artımına uyğun olaraq indenksasiya olacaq. Bu da təxminən 250 manat pensiya alan vətəndaşımızın pensiyasında 17 manat 50 qəpik artım deməkdir. Təbii ki, hər bir pensiyaçı minimum əməkhaqqının artım faizinə uyğun olaraq pensiya məbləğini hesablaya bilər. 2017-ci ildə qəbul edilmiş yeni qanunvericiliyə görə, pensiya məbləğləri öncəki illərin inflyasiya səviyyəsinə görə deyil, orta aylıq əməkhaqqına görə indeksasiya olunur.

Beynəlxalq standartlara uyğun olaraq, minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılımalıdır. Azərbaycanda orta aylıq əməkhaqqının 525 manat olduğunu nəzərə alsaq, sonrakı addımda hökumət üçün əsas məqsəd minimum əməkhaqqının məbləğini mərhələli şəkildə artıraraq 315 çatdırılması olmalıdır”.

Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncama qol çəkib. Sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi vurğulanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın