Amerikalı milyarder İlon Mask Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstək verib və bu ölkənin “Starlink” peyk internetinə çıxışını təmin edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ukraynanın Rəqəmsal transformasiya naziri Mixail Fyodorov deyib.

“Tesla Inc.” şirkətinin rəhbəri İlon Mask isə xəbəri doğrulayıb: ““Starlink” xidmətləri artıq Ukrayna üçün əlçatandır. Növbəti dəfə daha çox terminallar”, – Mask, Twiter-də yazıb.

Yada salaq ki, Ukrayna Baş nazirinin müavini Mixail Fyodorov “Tesla Inc.” şirkətinin rəhbəri İlon Maskdan ölkəsinin “Starlink” peyk internetinə çıxışın təmin edilməsi ilə bağlı xahiş etmişdi.

Öncəki xəbərAvropa Birliyi Rusiya aviaşirkətləri üçün hava məkanını bağlayır
Sonrakı xəbərRusiya Ordusunun Ukraynada itirdiyi hərbçilərin və texnikaların sayı açıqlanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın