Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda növbəti oyununu keçirib.

YALAN.info bildirir ki, 25 yaşlı hücumçu 1-ci Liqanın XXXI turunda Zaqrebdə “İstra” ilə ev qarşılaşmasında start heyətində oyuna çıxıb.

Öncə oyunun 8-ci və 45+1-ci dəqiqələrdə Mislav Orşiç “Dinamo”nu önə çıxarıb. Mahir Emreli 50-ci dəqiqədə komandasının sonuncu qoluna imza atıb. Forvard 72-ci dəqiqədə Bruno Petkoviçlə əvəzlənib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Dinamo” bu qələbədən sonra xallarını 66-ya çatdıraraq zirvədəki yerini gücləndirib. 26 xalı olan “İstra” isə 9-cu sırada qərarlaşıb. Yada salaq ki, Mahir Emreli XXX turda “Riyeka”ya qarşı çempionat oyununda da fərqlənmişdi.

DINAMO vs ISTRA 1961 3:0 (31.kolo, HT Prva liga 21/22)
Öncəki xəbərMahir Məmmədov: Qarabağda şahmat turnirinin keçirilməsi müzakirə edildi
Sonrakı xəbərPrezident Volodimir Zelenski Ukrayna Ordusunun itkilərini açıqlayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın