Dünya Mərkəzi Banklarının 40 faizi – hər iki mərkəzi bankdan biri 10 il ərzində virtual valyuta texnologiyalarına keçməyi planlaşdırır. Hətta onlar bitkoin kimi virtual pulları emissiya etməyi planlaşdırırlar.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının Haberler.com-a qaynaqlanaraq verdiyi məlumata görə, “Cambridge Centre for Alternative Finance” akademik araşdırmalar institutunu bu yöndə araşdırmalar aparıb. Aydın olub ki, mərkəzi bankların beşdə biri yaxın 2 ildə virtual valyutaya keçəcək. İndi Çin və Hollandiya virtual valyutanın prototipini hazırlayıb. Kanada və Rusiya da test çalışmaları həyata keçirir. Mərkəzi banklar daha çox “Etherium” kriptovalyutasına maraq göstərir.

Onu da vurğulayaq ki, araşdırmaya dünya üzrə 25 mərkəzi bank qatılıb. Hər 10 bankdan 8-i bu texnologiyanı araşdırıb.

Öncəki xəbərTürkiyənin XİN Rəhbəri Mövlud Çavuşoğlu: Türkiyə İraqa Yardım Etməyə Hazırdır
Sonrakı xəbərATV-nin Yeni Prezidenti Azər Xəlilov Kanalda Baş Verənlərlə Bağlı Açıqlama Verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın