Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının (ATV) telekanalının yeni seçilmiş prezidenti Azər Xəlilov kanalla bağlı yaranmış söz-söhbətlərə aydınlıq gətirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildiri ki, Oxu.Az-a açıqlama verən kanal rəhbəri bütün yayılan xəbərlərin əsassız olduğunu deyib.

“Kanalda heç kimə yeni vəzifə verilməyib. Hələlik hansı qərarlar veriləcəyi bilinmir. Vaqif Aydınoğlunun vitse-prezident və ya icraçı direktor təyin olunması ilə bağlı heç bir qərar yoxdur”.

Azər Xəlilov “Bozbaş Pictures” və “Bacanaqlar” serialının bağlanması ilə bağlı yayılan xəbərlərin də yalan olduğunu deyib.

“Mən təyinat aldıqdan sonra heç bir veriliş və ya serialı yayımdan çıxarmamışam. Kanalda yalnız “ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb. Bu qərarı isə kanalın əvvəlki rəhbərliyi verib”.

Qeyd edək ki, mətbuatda “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilovun Vaqif Aydınoğlunu kanalın icraçı direktoru vəzifəsinə təyin etməsiylə bağlı xəbər yayılıb.

Vaqif Aydınoğlu təyinatla bağlı unikal.org-a danışıb: “Hələlik rəsmi qərar olmasa da, kanalda icraçı direktor vəzifəsini daşıyıram. Ancaq təyinatla bağlı rəsmi qərar olmadığından, bununla bağlı heç nə deyə bilmərəm”.

Eləcə də, “Bozbaş Pictures” və “Bacanaqlar” serialının bağlanması xəbər verilirdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın