“Inriks” naviqasiya xidməti dünyanın iri şəhərlərində yollarda nəqliyyatın hərəkətini araşdırıb və müəyyən edib ki, ən ləng nəqliyyat Londondadır. Böyük Britaniyanın paytaxtı 2021-ci ildə ən uzun tıxacların yaşandığı yerlərin reytinqinə başçılıq edir.

2021-ci ildə London sürücüləri tıxaclara orta hesabla 148 saat sərf ediblər – bu, koronavirus pandemiyasından əvvəlkindən cəmi bir faiz az və başqa meqapolislərdən isə xeyli çoxdur.

Yolların yüklənməsinə görə növbəti yerdə Paris şəhəri gəlir – bu il Fransanın paytaxtında sürücülər orta hesabla 140 saat tıxacda qalıblar.

Siyahıda üçüncü yerdə Brüssel (134 saat), dördüncü yerdə Moskva (108) və beşinci yerdə isə Nyu-York (102) qərarlaşıb. Türkiyənin İstanbul (88) şəhəri də ilk 10-luğa düşüb.

MƏNBƏInrix
Öncəki xəbərSəudiyyə Ərəbistanında dəvələr botoksa görə gözəllik yarışmasından qovuldu
Sonrakı xəbərNikol Kidman “Rikardo olmaq” filmində aktrisa Lüsill Bollu yenidən həyata qaytarır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın