Rusiyalı aktrisa Liya Axedjakova Rusiyanın başlatdığı müharibədən bezdiyini və Ukraynanın qələbəsindən sonra tez bir zamanda bu ölkəyə gəlmək istədiyini bildirib.

YALAN.info bildirir ki, bununla bağlı Rusyanın Xalq artisti Liya Axedjakova öz Instagram hesabında paylaşım edib.

“Mən bu müharibədən o qədər yorulmuşam ki, heç nəyi şərh etmək belə istəmirəm. Rusiyanın bu xəyali böyüklüyündən, “torpaqlarımız” uğrunda mübarizəsindən yorulmuşam. Mən Putindən yorulmuşam. Sülh, mehribanlıq və əmin-amanlıq istəyirəm. Mən insanları sağ, salamat və şən görmək istəyirəm”, – Axedjakova yazıb.

Bundan başqa, aktrisa vurğulayıb ki, ukraynalılar indi iki cəbhədə vuruşurlar: “Öz ölkələrini müdafiə edir və Putin rejimini boğulmağa və zəifləməyə məcbur edirlər”.

KİMLiya Axedjakova
MƏNBƏInstagram
Öncəki xəbərUkraynada müharibə başlayandan 226 uşaq ölüb, 417-si yaralanıb və 1 200-dən çox uşaq itkin düşüb
Sonrakı xəbərZelenski: Makron Ukraynanın suverenliyi ilə bağlı güzəştlər təklif etmişdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın