İlk olaraq Böyük Britaniyada izlənilmiş və yüksək yoluxuculuğu olan koronavirus (COVID-19) ştammı artıq dünyanın 60 ölkəsində yayılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bununla bağlı açıqlama yaymışdır.

“12 yanvar tarixindən sonra 10 başqa dövlət, ərazi və rayonda (koronavirusun müxtəlif növü) VOC-2020/01 aşkar edilib. Bu günə qədər ÜST 60 ölkənin ərazi və rayonunda bu tip virusların yayıldığı bildirilib. Cənubi Afrikadan gəldiyi bildirilən 501Y.V2 etiketli koronavirus növünün daha üç ölkədə müəyyən edildiyi və virus mutasiyasının ümumi sayının 23-ə çatdığı da qeyd edilir”.

Bundan başqa, 12 yanvar tarixindən bəri Braziliyada koronavirusun P.1 adlandırılan daha bir variantı aşkar edilib və B.1.1.28 adlı başqa bir mutasiya hadisəsi barədə xəbər yayılıb. Mütəxəssislər bu növlərin daha yoluxucu olub-olmadığı və infeksiyaya yoluxduqda xəstəliyin daha şiddətli irəliləyib-irəliləmədiyini müəyyənləşdirmək üçün hələ yetərli məlumata sahib olmadıqlarını deyiblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın