Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Orduda həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi bölmələrində xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Komando hərbi hissələrində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımi avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti-döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb.

Yaradılan şərait döyüş hazırlığı planına uyğun olaraq komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir.

Vətən Müharibəsində əldə edilmiş təcrübələr nəzərə alınmaqla, türkiyəli peşakar zabitlərin iştirakı ilə komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və praktiki vərdişlərinin  təkmilləşdirilməsi təmin edilir.

Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şərtlərlə keçirilən məşğələlərdə komandolar kəskin relyefli ərazilərdə hərbi helikopterlər və digər üsullarla yerdəyişmələr icra edirlər.

Təlimlər zamanı komandolar birbaşa təmas vəziyyətində maneələr zolağından keçid, dağlıq ərazilərdə döyüş aparma, müdafiənin dərinliyinə sızma,  eləcə də şərti düşmənin müvəqqəti yerləşdiyi sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən təxribat-diversiya qrupunu mühasirəyə alma, zərərsizləşdirmə tapşırıqlarını müvəffəqiyyətlə icra edirlər.

Komandoların hazırlığına xüsusi diqqət yetirilir

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb

ARMN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, 2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ili başlayıb

2022-ci yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən təntənəli mərasimlərdə ötən tədris ilində şəxsi heyətin hərbi-peşəkar hazırlığının və fiziki dözümlülüyünün, heyət, bölmə, hissə və birləşmələrin, idarəetmə orqanlarının hazırlığının yüksəldilməsi, eləcə də təyinata uyğun döyüş və başqa tapşırıqların yerinə yetirilməsi üçün tələb olunan səviyyədə təkmilləşdirilməsi tapşırıqlarının və ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib.

Mərasimlərdə yeni tədris ili üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılaraq “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən məşğələ və təlimlərin davamlı keçiriləcəyi bildirilib. Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris ilində döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər.

Naxçıvan Qarnizonunda  qoşunların və qərargahların birgə fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış koordinasiya qrupu yerinə yetirilən  fəaliyyətlərin təkmilləşdirilməsi üçün birləşmə və hərbi hissələrdə olub, bölmələrin maddi-tədris bazaları, poliqonlar, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.

Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılması, cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların icrası üzrə məşqlər və təlimlər müxtəlif səviyyələrdə növbəti bir neçə gündə də davam edəcək.

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ili başlayıb

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın