“Görürəm ki, biz hamımız bir-birimizə oxşamağa başlamışıq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Azərbaycanın Xalq Artisti Aygün Kazımova “Şourum” verilişinin “Deyirlər ki…” rublikasına açıqlamasında deyib.

Tanınmış müğənni sənət adamlarının plastik əməliyyatla bir-birinə bənzədiyini deyib. Kazımova plastik-cərrahlara səslənib: “Doğrudan da hamı bir-birinə oxşayır. Kişilərdə də bir üz forması var. Yox, biz hər şeyə normal baxırıq.

Hamını hamıya oxşatmayın. O formanı verən, o şəklə salan bizim gözəl, əziz, sevimli doktorlarımız hamını hamıya oxşatmasınlar. Biz lap inkubator cücələri kimi hamımız… Xanım gəlir ki, istəyirəm belə olum. Xanım və ya bəy bilmir. Bilən qarşısındakı peşəkardır. Həkimlər gərək eyni forma, cizgi, burun, qaş, göz etməsinlər ki, biz də bir-birimizə oxşamayaq”.

Xalq artisti Aygün Kazımova illərdir danışmadığı həmkarı Brilliant Dadaşova ilə bağlı açıqlama verib. Ruslan Ağayevin “Qadınlar arasında kiminlə duetiniz tamaşaçıya maraqlı olardı: Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Natavan Həbibi, yoxsa Brilliant Dadaşova” sualına belə cavab verib:

“Röya ilə duetimiz olub, maraqla da qarşılandı. Zülfiyyə ilə “Aypara” qrupunda oxumuşuq. Natavanla da səhnədə duet oxumuşuq. Onlar mənim balaca qızlarım olanda. İndi böyük qızlarımdır. İndi tamaşaçıya nə maraqlı olar? Küsülü deyiləm. Qarşı tərəfin hislərinə hörmətlə yanaşıram. O mənə belə yanaşır, mən də ona sevgiylə yanaşıram. Tamaşaçıya Brilliant Dadaşova ilə duet oxusam maraqlı gələr. Demirəm, bunu istəyirəm. Deyirəm ki, bu duet tamaşaçıya maraqlı gələr”.

Kazımova, həmçinin bir təklifi və etirafı ilə diqqət çəkib. O, eks-duet ortağı, meyxanaçı Namiq Qaraçuxurlu ilə yenidən duet oxumaq istədiyini bildirib: “Namiqə təklif edirəm ki, çaşmasın. Bu, Namiqə son təklifimdir. Çaşma, Namiq. Bu təklifdən sonra da etiraf edirəm ki, Namiq, yenə də səninlə duet oxuyardım. Fikirləş və müraciət et”.

Aygün Kazımova Qalmaqalları, Şəxsi Həyatı Və Müğənnilər Haqqında – Deyirlər ki…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın