Ukraynalıların geri çəkiləcək yerləri yoxdur və biz evimizi ruslardan qoruyacağıq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu paytaxt meri Vitali Kliçko martın 3-də “Reuters” agentliyinin efirində “Skype” yayımı zamanı deyib.

“Biz təslim olmayacağıq. Geri çəkiləcək yerimiz yoxdur. Ukraynaya qarşı bu müharibədə artıq minlərlə insan həlak olub. Və bu say təəssüf ki, artacaq”, – Kliçko bildirib.

O vurğulayıb ki, Kiyev hakimiyyəti yetimləri Polşa və Almaniyaya təxliyə edib. “Durum gərgindir, insanlar təşvişdədir, çünki yaşayış məntəqələrinin və kritik infrastrukturun atəşə tutulması davam edir”, – deyə Kliçko qeyd edib.

MƏNBƏOxu.az
Öncəki xəbərABŞ Peskovla birlikdə 66 nəfəri “qara siyahı”ya salıb
Sonrakı xəbərRusiya qoşunları Kiyev vilayətində irəliləyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın