Kanada Ukrayna hadisələri ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, sanksiyalara məruz qalan minə yaxın rusiyalının ölkəyə girişini qadağan etmək qərarına gəlib.

YALAN.info bildirir ki, bunu Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçino (Marco Mendichino) deyib.

“Kanada Putin (Rusiya Prezidenti Vladimir Putin – Red.) hökumətinin amansız hücumu qarşısında Ukraynanın yanındadır. Buna görə də biz indicə minə yaxın rusiyalı, o cümlədən Putin və onun ətrafının üzvləri üçün ölkəyə giriş qadağası elan etmişik”, – Mendiçino bildirib.

Onun sözlərinə görə, bu şəxslər artıq Kanadanın sanksiya siyahılarındadı: “İndi onların ölkəyə girişinə icazə verilməyəcək”.

Öncəki xəbərUkrayna Prezident Ofisi: Rusiya ilə danışıqlar dayandırılıb
Sonrakı xəbərLitva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycanda rəsmi səfərdə oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın