Rusiya-Ukrayna müharibəsinə görə İsveç hökuməti hərbi xərcləri ÜDM-i 2 %-i səviyyəsinədək artırmaq niyyətindədir.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Reuters”un məlumatına görə, bununla bağlı İsveçin Baş naziri Maqdalena Andersson deyib.
Bu qərarı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin şərtləndirdiyi bildirilir. Baş nazir İsveçin müdafiə bacarığının çox gücləndirilməli olduğunu vurğulayıb.
Maqdalena Andersson mətbuat konfransında deyib: “Bu gün biz İsveç xalqına və ətrafımızdakı dünyaya aydın mesajı olan yeni təşəbbüs təqdim edirik. İsveçin müdafiə bacarığı çox gücləndirilməlidir”.
Müdafiə naziri Peter Hultqvist bildirib ki, 2 %-ə çatmaq üçün nə qədər vaxt lazım olduğunu söyləmək hələ tezdir və bu, silahlı qüvvələrin nə qədər sürətlə inkişaf edə biləcəyi də daxil olmaqla bir neçə amildən asılıdır.
“Biz bunu sistemli, real və mümkün bir şəkildə həyata keçirmək istəyirik. Müdafiəyə xərclədiyimiz hər bir vəsaitdən maksimum fayda əldə etməliyik”, – Müdafiə naziri dedi.
Hultqvist həmçinin bildirib ki, İsveç bir sıra tərəfdaşlarla, o cümlədən NATO ilə, eyni zamanda Finlandiya, Böyük Britaniya və ABŞ ilə ikitərəfli şəkildə təhlükəsizlik sahəsində əməkdaşlığı artıracaq.
Yada salaq ki, 1980-ci illərdə soyuq müharibə başa çatdıqdan sonra İsveçin müdafiə xərcləri ÜDM-in 1 %-dək azaldılıb. İsveçin üzvü olmadığı, ancaq sıx əməkdaşlıq etdiyi NATO alyansa qoşulan ölkələrdən 2 % müdafiə xərcləri tələb edir.