Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İsrail Prezidenti İsaak Hersoqu Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu, son 14 ildə İsrail Prezidentinin Türkiyə Respublikasına ilk səfəridir.

İsrail Prezidenti İsaak Hersoq Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib: “İsraillə Türkiyə arasında əməkdaşlığın inkişafı təkcə iki ölkənin deyil, bütün regionun xeyrinə olacaq”.

“İsrail və Türkiyə əməkdaşlıq etməlidir. Bu, bölgəmizə kəskin şəkildə təsir edəcək. Məqsəd ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün əsas yaratmaqdır”, – Hersoq sözlərinə əlavə edib.

Dövlət başçısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun apreldə İsrailə səfər edəcəyini də bildirib.

Öncəki xəbərQazaxıstan Azərbaycandan Avropaya neft daşınması üçün təklif verib
Sonrakı xəbərYoon Suk-yeol Cənubi Koreyanın yeni prezidenti seçilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın