Amerika Birləşmiş Ştatları Türkiyənin Suriyada hərbi əməliyyatlar keçirməsinə qarşıdır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çıxışı zamanı deyib.

Türkiyənin Suriyada yeni əməliyyat keçirməsi haqda siqnalları dəyərləndirən diplomat deyib ki, ABŞ bu mövzularda son dərəcə açıq olub: “Suriyada istiqlalı inkişaf etdirmək və siyasi çözüm variantı tapmaq üçün bütün tərəflərin atəşkəs bölgələrini mühafizə edib hörmət göstərməsi əhəmiyyət daşıyır”.

Ned Prays Türkiyənin önəmli NATO müttəfiqi olduğunu, terrorla mübarizədə Suriyadakı qarşıdurmaların sona çatdırılması və bölgədə zərər verici təsirlərin azaldılmasına qədər geniş çapda ortaq maraqları paylaşdıqlarını vurğulayıb.

Qeyd edək ki, son günlər Türkiyə hökumətinin rəsmiləri Suriyada mümkün əməliyyatla bağlı siqnallar verir.

Reuters agentliyi hətta türk ordusu və kəşfiyyatının əməliyyatlara hazırlıq göstərişi verdiyini açıqlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın