Cənubi Koreyada aparıcı müxalifət Vətəndaş Qüvvələr Partiyasından olan prezidentliyə namizəd Yoon Suk-yeol seçkilərdə qalib gəlib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Yonhap” agentliyi məlumat yayıb.
Onun əsas rəqibi hakim Toburo Demokratik Partiyasından olan Li Jae-myunq məğlubiyyətini etiraf edib.
Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98 %-i hesablanıb. Seçicilərin 48,5 %-i Yoon Suk-yeola, 47,8%-i Li Jae-myunqa səs verib.