İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi üçün www.YolumuzQarabaga.az portalı yaradıldı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi məlumat yayıb.

Məlumata görə, portalın məqsədi səfərlər üçün bilet alışının asanlaşdırılması, vətəndaşların səfərlərinin rahat və təhlükəsiz şəkildə həyata keçirilməsidir. Portal vasitəsilə bilet sifarişini 3 addımda reallaşdırmaq mümkündür: Portala giriş, biletin seçimi və ödəniş. Portaldan istifadə isə bağlı daha geniş məlumatla təlimat videosunda tanış ola bilərsiniz.

Vətəndaşın aldığı bilet haqqında məlumat onun şəxsi kabinetində görünəcək. Həmçinin bilet haqqında məlumat portalda qeyd edilən mobil nömrəyə SMS-lə göndərilir. Biletinin pdf forması isə vətəndaşın portalda qeyd etdiyi e-mail ünvanına göndərilir.

Biletin üzərində QR kod yerləşdirilib. QR kod ilə vətəndaşın aidiyyati məntəqələrdə biletinin yoxlanışı daha operativ şəkildə həyata keçiriləcək.

Səfərləri yalnız COVID-19 pasportları (vaksin, immunitet, ya da əks göstəriş sertifikatları) olan vətəndaşlar edə biləcəklər. Habelə səfərlər Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, həmçinin Qarabağ müharibəsi əlilləri üçün ödənişsiz olacaq. Bu istiqamətdə yoxlamalar vətəndaşların rahatlığı üçün elə sistem üzərindən real vaxt rejimində yoxlanacaq.

Yoxlama www.YolumuzQarabaga.az portalına aidiyyati qurumların sistemlərinin inteqrasiya olunması sayəsində baş tutacaq. Beləliklə, vətəndaşlar bu istiqamətdə əlavə yoxlamalardan azad olacaqlar.

www.yolumuzqarabaga.az portalı – təlimat videosu
MƏNBƏElektron Hökumətin İnkişafı Mərkəzi
Öncəki xəbərEntoni Blinken Lavrovla görüşdükdən sonra mətbuat konfransı keçirdi
Sonrakı xəbərMorgan Stanley: Neftin qiyməti 100 dollaradək artacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın